9 C
Baku
Saturday, December 28, 2024

Azərbaycan təyyarə qəzasının araşdırılması üçün Türkiyə mütəxəssislərini cəlb edib

AZAL-ın təyyarəsinin qəzaya uğramasından sonra aparılan araşdırmalara Türkiyə ekspertləri də cəlb olunub.

Azərbaycan araşdırmaların dərinləşdirilməsi üçün Türkiyədən ekspert qrupu cəlb edib.

Məlumata görə, artıq türkiyəli mülki aviasiya ekspertlərindən ibarət nümayəndə heyəti qəza yerinə gedib.

Türkiyəli mütəxəssislər araşdırmalarının nəticəsini Azərbaycan rəsmiləri ilə bölüşəcək.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər