Azərbaycan Tacikistanda alüminium zavodunun yenidən qurulmasına sərmayə yatıracaq.
Bu barədə Tacikistanın İqtisadi İnkişaf və Ticarət Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu barədə Bakıda keçirilmiş Azərbaycan-Tacikistan arasında ticari-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası çərçivəsində razılıq əldə edilib.
Razılaşmaya əsasən, Azərbaycan “Tacikistan Alüminium Şirkəti” ASC-nin yenidən qurulması üçün kapitalın cəlb edilməsində iştirak edəcək, Tacikistandan Azərbaycana alüminium, kriolit və alüminium flüorid, Azərbaycandan isə alüminium oksidi Tacikistana ixrac olunacaq.