18 C
Baku
Wednesday, May 15, 2024

Azərbaycan tarixində ilk Beynəlxalq Agile Summit-ə saylı günlər qalıb

®Agile – layihənin idarə edilməsi və proqram təminatının yaradılması üzrə çevik yanaşma – uzun müddətdir ki, hər kəsə tanışdır. 

Müasir zamanda biznesin tempi biznes proseslərinin həyata keçirilməsinə eyni dərəcədə çevik yanaşma tələb edir. Bu səbəbdən ölkəmizdə baş tutacaq böyük Agile tədbiri müxtəlif fəaliyyət sahələrinə aid olan insanlar tərəfindən böyük səbirsizlik ilə gözlənilir. 

Summit-i digər Agile tədbirlərdən fərqləndirən əsas xüsusiyyətlərdən biri, tədbirdə bu sahədə ad qazanmış beynəlxalq spikerlərin çıxış etməsidir. Həmin spikerlərdən birini – “Cynefin” modelinin yaradıcısı Dave Snowdeni –  Agile dünyasında tanımayan yoxdur. 

Bu Summit, Agile ilə yeni maraqlanan və artıq bu dünyanın içində olan hər kəs üçün həmin sahə üzrə geniş biliklər əldə etmək üçün möhtəşəm bir fürsətdir. 

Odur ki, bu şansı qaçırmayın! Elə indi tədbirə bilet əldə edərək, öz parlaq Agile karyeranızın bünövrəsini qoyun. Be Agile! 

Tədbir barədə ətraflı məlumat Summit-in veb səhifəsində yerləşdirilmişdir: 

https://beagile.az/agilesummit2022 

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər