Azərbaycan Tibb Universiteti “İmago Co” MMC ilə 2 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə ATU – nun Onkoloji Klikası üçün tibbi avadanlıqların satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 1 871 933 manatdır.
Xatırladaq ki, “İmago Co” MMC 2020-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Ramil Ağayevdir.