Azərbaycan son 10 gününü koronavirusla görə karantin tətbiq etdiyi mart ayı ərzində 28,6 mln dollarlıq əczaçılıq məhsulları xaricdən gətirib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin cari ilin ilk rübü üzrə statistik rəqəmlərinə istinadən xəbər verir.
Ümumi olaraq cari ilin yanvar-mart ayları ərzində 85,1 mln dollar dəyərində məhsul idxalını reallaşdırıb. Bu isə öncəki ilin analoji dövrü ilə müqayisədə 52% daha çox (56,1 mln dollar idi) əczaçılıq məhsulunun ixrac etməsi deməkdir.