3 C
Baku
Thursday, February 27, 2025

Azərbaycan Turizm Bürosu: Viza rejimini sadələşdirmək əsas prioritetlərdəndir

Dövlət Turizm Agentliyinin yanında Azərbaycan Turizm Bürosu viza rejiminin sadələşdirilməsini turizm sənayesinin inkişafında əsas prioritetlərdən biri hesab edir.

Bunu Büronun baş direktoru Florian Zenqstşmid “Dvijeniye” developerlərinin beynəlxalq sammitində deyib.

Onun sözlərinə görə, turizmin inkişafına cavabdeh olan istənilən qurum vizasız ölkələrin siyahısının genişləndirilməsinə nail olmaq məqsədi daşıyır: “Hazırda 88 ölkənin vətəndaşı Azərbaycana elektron vizanı (e-visa) rəsmiləşdirə bilər. Üstəlik, bu proses cəmi üç saat çəkir”.

F. Zenqstşmid vurğulayıb ki, rəhbərlik etdiyi Büro Avropa Hotellər və Restoranlar Assosiasiyası olan “Hotrec”in üzvüdür: “Bu il Azərbaycan Şərqi Avropada və regionda “Hotrec”in ilk tamhüquqlu üzvü olur. Bu, mühüm nailiyyətdir. Belə ki, Azərbaycan Turizm Şurası yanında Otel Ulduzlarının Təsnifatı İdarəsi vahid Avropa sertifikatlaşdırma sistemi olan Otel Ulduzları İttifaqının standartlarına riayət olunmasına nəzarət edir”.

Büro rəhbəri onu da bildirib ki, 2024-cü ildə Azərbaycana 2,6 milyon əcnəbi gəlib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər