Azərbaycan (Naxçıvan MR)‒Türkiyə‒Avropa Enerji Qovşağı qurulacaq.
Banker.az xəbər verir ki, bu, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Tədbirlər Planında əksini tapıb.
Sənəddə bildirilib ki, “Azərenerji” ASC 2025-2026-cı ildə 1 ədəd Çevirici (HVDC) yarımstansiyanın tikintisini, 230 km uzunluğunda 400kV-lıq ikidövrəli xəttin çəkilməsini təmin etməlidir. Azərbaycan (Naxçıvan MR)‒Türkiyə‒Avropa Enerji Qovşağı Türkiyə Respublikasına birbaşa enerji ixracı imkanı yaradacaq.