12 C
Baku
Friday, March 29, 2024

Azərbaycan-Türkiyə birgə turizm marşrutu yaradılacaq

Azərbaycanla Türkiyə arasında birgə turizm marşrutunun yaradılması nəzərdə tutulub.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bildirib.

“İki ölkə arasında dağ-xizək turizmi, qastronomiya turizmi, qeyri-ənənəvi turizm məhsulları üzrə birgə əməkdaşlıq planlaşdırılır. Eyni zamanda, hər iki tərəf arasında beynəlxalq təşkilatlarda təmsilçiliklə bağlı, müxtəlif turizm sərgiləri və tədbirlərdə birgə əməkdaşlıq, turizm sənayesi nümayəndələri ilə birgə işin təşkili, təhsil sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı turist gəlişini artırmaq, əməkdaşlığı daha da möhkəmləndirmək üçün görülməli işlər müzakirə edilir”,- o deyib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər