Azərbaycan-Türkiyə birgə Universitetinin nə vaxt açılacağı bəlli olub.
Bu barədə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı bildirib.
O bildirib ki, bu istiqamətdə hökumətlərarası müzakirələr davam etdirilir.
“2023-cü ildə Türkiyənin müstəqilliyinin 100-cü ildönümündə universitetin açılması nəzərdə tutulur”, – səfir qeyd edib.