13 C
Baku
Saturday, April 27, 2024

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır

Azərbaycan-Türkiyə-Gürcüstan Parlament Assambleyası yaradılır.

Banker.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin Xarici əlaqələr komitəsinin sədri Nikoloz Samxaradze bildirib.

Onun sözlərinə görə, bununla bağlı qərar Bakıda keçirilən görüşlərdə qəbul olunub. “Gürcüstan-Türkiyə-Azərbaycan Parlament Assambleyasının yaradılması üzərində işləmək üçün mühüm qərar qəbul etdik. Bu, parlamentlər arasındakı əlaqələri keyfiyyətcə yeni səviyyəyə yüksəldəcək. Assambleyanın yaradılması parlamentlərin xarici əlaqələr komitələrinin əmədakşlıq formatının nəticəsi olacaq, lakin bizim format paralel olaraq fəaliyyətini davam etdirəcək”.

N.Samxaradze qeyd edib ki, xarici əlaqələr komitələrinin rəhbərlərinin növbəti illik toplantısının gələn ilin yazında Gürcüstanda keçirilməsi planlaşdırılıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər