8 C
Baku
Thursday, December 12, 2024

“Azərbaycan Türkiyə iqtisadiyyatına $20 mlrd. investisiya qoyub”

“Bu gün keçirdiyimiz görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, beynəlxalq platformalarda da iştirakımız barədə fikir mübadiləsi apardıq”.

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov dekabrın 14-də Bakıda türkiyəli həmkarı Hakan Fidanla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaxın aylar ərzində üçtərəfli görüşlərimiz də keçiriləcək: “2023-cü ilin ilk 10 ayı ərzində ticarət dövriyəmiz 7 milyarada yaxınlaşıb. Azərbaycan tərəfindən Türkiyə iqtisadiyyatına 20, Türkiyə tərəfindən isə Azərbayacana 15 milyard ABŞ dolları investisiya qoyub. Hesab edirik ki, bir sıra sahələrdə daha da böyük göstəricilərə nail ola bilərik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər