12 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək

Gələn ay Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin (XİN) nazir İliya Darçiaşvilinin həmkarı Hakan Fidanla görüşünə dair yaydığı bəyanatında bildirilib.

Qeyd olunub ki, XİN başçıları söhbət zamanı uğurlu Azərbaycan-Türkiyə-Gürcüstan formatına toxunublar.

“Hər üç ölkənin xarici işlər nazirlərinin bu formatda növbəti görüşü martda keçiriləcək”, – məlumatda qeyd olunub.

Gürcüstan XİN-in məlumatına görə, tərəflər Azərbaycan, Gürcüstan və Türkiyənin tranzit potensialını da gözdən keçiriblər.

“Bu kontekstdə Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inkişafının, həmçinin Orta Dəhlizin önəmi qeyd edilib”, – məlumatda bildirilib.

Son xəbərlər
Digər xəbərlər