9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan, Türkiyə və Özbəkistan Ali Audit Qurumları arasında Memorandum imzalanıb

Hesablama Palatasının Sədri Vüqar Gülməmmədov Türkiyə Respublikası Sayıştay Başkanlığının Prezidenti Seyit Ahmet Baş və Özbəkistan Respublikası Hesablama Palatası Sədrinin birinci müavini Bakhodir Turabovun iştirakı ilə videokonfrans rejimində keçirilmiş üçtərəfli toplantıda iştirak edib.

Hesabama Palatasından verilən məlumata görə, toplantıda ECOSAI təşkilatı çərçivəsində və ikitərəfli səviyyədə qurumlar arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, eləcə də kənar dövlət maliyyə nəzarəti fəaliyyətinin gücləndirilməsində əməkdaşlığın zəruriliyi məsələləri müzakirə edilib.

Türkiyə Respublikası Sayıştay Başkanlığının Prezidenti Seyit Ahmet Baş ECOSAI təşkilatının gələcək fəaliyyət istiqamətləri, habelə üzv​ Ali Audit Qurumların (AAQ) fəaliyyətindəki bir sıra məqamlara toxunaraq üçtərəfli görüşün önəmini qeyd edib. Toplantı daha sonra Özbəkistan Respublikası Hesablama Palatası Sədrinin birinci müavini Bakhodir Turabov Özbəkistan AAQ-ının tarixi və fəaliyyəti barədə qısa məlumat verməsi ilə davam edib. O, birgə fəaliyyət ilə AAQ-lar arasındakı əməkdaşlığı yeni səviyyəyə qaldırmağın mümkünlüyündən bəhs edibvə Əməkdaşlıq haqqında üçtərəfli Anlaşma Memorandumunun imzalanmasının zərurətini vurğulayıb. Özbəkistan AAQ-ı gələcəkdə bilik və təcrübə mübadiləsi, eləcə də beynəlxalq standartlar əsasında hazırlanmış metodoloji təlimat və vəsaitlərin öyrənilməsi məqsədi ilə təlim səfərlərinin təşkil edilməsi və daha sıx görüşlərin keçirilməsinin əhəmiyyətini də bildirib.

Toplantıda Azərbaycan Respublikası Hesablama Palatasının Sədri cənab Vüqar Gülməmmədov çıxış edərək ECOSAI təşkilatı nəzdində üzv AAQ-ların əməkdaşlığı, həmçinin Türkiyə Respublikası Sayıştay Başkanlığı ilə sıx əməkdaşlıq nəticəsində uğurla həyata keçirilmiş son fəaliyyətlərdən bəhs edibvə ECOSAI-ın bu təşəbbüslərdə və fəaliyyətlərdə önəmini qeyd edib.

Toplantı Anlaşma Memorandumunun imzalanması, habelə yaxın gələcəkdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində müvafiq fəaliyyətlərin görülməsi ilə bağlı müzakirələrlə bitib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər