Bu ilin yanvar-may aylarında Türkiyədən Azərbaycana 4 milyon 105 min ABŞ dolları dəyərində xalça ixrac olunub.
Bu, 2022-ci ilin müvafiq dövrünə nisbətən 43.8 % çoxdur.
Həmçinin cari ilin mayında Türkiyədən Azərbaycana 773 min ABŞ dolları dəyərində xalça gətirilib ki, bu da keçən ilin analoji dövrü ilə müqayisədə 19.6 % artım deməkdir.