Azərbaycan Türkiyəyə hər il 0% gömrük dərəcəsi ilə 1.5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək.
Bu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış yeni Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərarda öz əksini tapıb.
Qərara əsasən, Azərbaycandan bir sıra məhsulların idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib. Beləliklə, Türkiyə Azərbaycandan şərab, tut, heyva, dəmir-polad məmulatları və qablaşdırma materialları, Azərbaycan isə Türkiyədən mis, məftil, paltaryuyan maşın, monitor, videoregistrator, avtomobil ehtiyat hissələri və alüminiumu gömrük rüsumu olmadan idxal edəcək.