13 C
Baku
Friday, November 22, 2024

Azərbaycan Türkiyəyə qaz ixrac edən ilk 3 ölkə sırasındadır

2023-cü ilin may ayında Azərbaycan Türkiyəyə təbii qaz ixracını 2022-ci ilin eyni dövrü ilə müqayisədə 35,45 faiz – 681,63 milyon kubmetrdən 923,23 milyon kubmetrədək artırıb.

Bu barədə Türkiyənin Enerji Bazarlarını Tənzimləmə Qurumuna istinadən məlumat verilir.

Beləliklə, hesabat dövründə Azərbaycan Türkiyəyə təbii qaz ixracına görə ikinci yerdə qərarlaşıb.

Rusiya bu ilin may ayında 1,024 milyard kubmetrlə Türkiyəyə ən çox təbii qaz ixrac edən ölkə olub ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28,85 faiz azdır.

İran 885,01 milyon kubmetrlə üçüncü yerdədir ki, bu da 2022-ci ilin may ayı ilə müqayisədə 2,66 faiz çoxdur.

Bu dövrdə Türkiyə ümumilikdə 2022-ci ilin may ayı ilə müqayisədə qaz idxalını 1 faiz azaldaraq 3,730 milyard kubmetrdən 3,692 milyard kubmetrə endirib.

Son xəbərlər
Digər xəbərlər