Azərbaycan xaricə ixrac etdiyi saflaşdırılımış qurğuşunun həcmini 5.6 dəfə artırıb.
Banker.az xəbər verir ki, yalnız Türkiyəyə ixrac edilən bu məhsulun ümumu ixrac həcmi ilin ilk 10 ayı ərzində 2 157 ton olmuşdur. Buna görə isə Azərbaycana Türkiyədən $3.86 mln dollar vəsait daxil olub.
Azərbaycan bu il Türkiyəyə satdığı qurğuşunun hər kiloqramını $1.79 satıb. Bu 2019-cu ildə $1.82 idi.
Bundan əlavə 1 348 ton və ya $2.41 mln. həcmində digər emal edilməmiş qurğuşun satılıb.







