Azərbaycan bu il Türkmənistana kabellər ixrac edib.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2023-cü ilin ilk 9 ayında Orta Asiya ölkəsinə 8 666 tonluq 25.38 milyon dollarlıq alüminiumdan polad içlikli elektrik izolyasiyasız eşilmiş məftil, tros və kabellər ixrac edib.
Kabellərin bir tonu Türkmənistana $2 928-ə ixrac edilib.
Xatırladaq ki, Azərbaycanda kabel istehsalı Sumqayıt Texnologiyalar Parkının Kabel Zavodunda istehsal olunur.