6 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Türkmənistandan 552 min, Qazaxıstandan 62 min tonluq xam neft alıb – Bu 4 ayda fasilə!

Azərbaycan 2023-cü ilin avqust, sentyabr və oktyabr aylarında Mərkəzi Asiya ölkələrindən 1 barrel belə neft idxal etməyib.

Banker.az-ən əldə etdiyi məlumata görə, Azərbaycan Türkmənistandan cari ilin ilk 7 ayında cəmi 551.68 min tonluq və ya $317.54 milyonluq xam neft alıb. Qeyd edilən müddətdə Qazaxıstandan 62.11 min tonluq  ($30.43 mln.) neft alıb.

Ötən ilin müvafiq dövründə Türkmənistandan 180.22 min ton, Qazaxıstandan isə 95.63 min tonluq xam neft idxal edilmişdi. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Qazaxıstanın magistral neft kəməri üzrə “KazTransOil” milli operatoruna isə məlumat yayıb ki, 2023-cü ilin 11 ayı ərzində Aktau limanından qazax neftinin ixracı 3 milyon 62 tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 milyon 14 min ton və ya 50 faiz çoxdur.

 

Son xəbərlər
Digər xəbərlər