12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan Türkmənistandan təbii qazın hər 1000 kub metrini $140-a alıb – rəsmi

Azərbaycan Türkmənistandan idxal etdiyi svop təbii qazın həcmini yanvar-sentyabr ayları ərzində 614.15 milyon kub-metrə çatdırıb.

Bu barədə Banker.az-ın əldə etdiyi rəsmi rəqəmlərdə bildirilir.

Bildirilir ki, bu qazın hər min kub metrinin qiyməti aprel ayında ortalama $80 olduğu halda, may və sentyabr aralığında fiks qiymətə $140-a alıb. Beləliklə, Orta Asiya ölkəsinə bunun müqabilində $76.86 milyon ödəyib.

Azərbaycan 2021-ci ilin sonu Aşqabadda İranın üzərində svop qazın Türkmənistandan alınmasını razılaşmışdı və bu ilk olaraq cari ilin aprelində qeydə alınmışdı.

Qeyd edək ki, Azərbaycan xaricə cari ilin ilk 9 ayında 16 mlrd. 552.77 mln. Kub metr həcmində qaz ixrac edib və bunun dəyəri 12 mlrd. 102.52 dollar təşkil edib. İxrac edilmiş hər 1000 kub metrin qiyməti isə $1 193 olub.

 

Azərbaycanın Türkmənistandan qaz idxalı
Aylar min kub-m min dollar Hər min kub metrin qiyməti
Aprel  2022    151,965.86    12,157.27         80.00
May 2022      74,521.07    10,432.95       140.00
İyun  2022      66,368.80      9,291.63       140.00
İyul  2022      59,341.64      8,307.83       140.00
Avqust  2022    143,608.73    20,105.22       140.00
Sentyabr  2022    118,346.93    16,568.57       140.00
Cəmi    614,153.03    76,863.47       125.15

 

Son xəbərlər
Digər xəbərlər