Azərbaycan Türkmənistandan aldığı xam neftin həcmini cari ilin ilk yarısı 3 mln. 487 min barelə çatdırıb.
Banker.az rəsmi statistikaya istinadən xəbər verir ki, 2023-cü ilin ilk yarısında xam neftin idxal dəyəri $271.6 mln. olub.
Türkmənistandan neft alışı illik müqayisədə 15 dəfə çoxdur.
Belə ki, Azərbaycan Türkmənistandan 2022-ci ilin ilk yarısında 229 min barel həcmində xam neft almışdı və bunun da hamısı ilin ilk ayında alınmışdı.
İlin əvvəli neftin bir barreli Azərbaycana orta statistik göstərici ilə $83.49 başa gəldiyi halda, yarım ilin sonuncu ayında $70.73 xərclə başa gəlib. Beləliklə, ilk yarıda xam neftin bir barreli Azərbaycana orta hesabla $77.57 dəyərində idxal olunub.
Azərbaycan xaricə neftin bir barelini orta hesabla $74.58-ə ixrac edib. Banker.az bu barədə Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən xəbər verir.