11 C
Baku
Monday, November 18, 2024

Azərbaycan Türkmənistandan svop qaz alışını 27 faiz artırıb

Azərbaycan 2024-cü ilin I rübündə Türkmənistandan idxal etdiyi svop qazın həcmini artırıb.

Banker.az bunu rəsmi statistik rəqəmlərə istinadən xəbər verir.

Bildirilir ki, 245.92 mln. kub metr təbii qaz idxal edilib. Dövlət Statistika Komitəsinin 2023-cü ilin birinci rübü üzrə məlumatlarına əsasən, Orta Asiya ölkəsindən 197.41 mln. kub-metr təbii qaz idxal edilmişdi. Bu da illik müqayisədə miqadarın 25 faiz artımı deməkdir.

Qaz idxalının dəyəri isə illik müqayisədə 27% artaraq $36.89 milyona yüksəlib.

Təbii qazın idxal dəyərinin miqdardan daha yüksək artım denimikası etməsinə səbəb qazın hər 10 000  kub-metrinin son bir ildə $147-dən $150-ə yüksəlməsidir.

Qeyd edək ki, Azərbaycan özü xaricə təbii qazın hər 1000 kub metrini $355 dollara ixrac edir.

 

Son xəbərlər
Digər xəbərlər