2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Türkmənistandan təbii qaz alışını ikiqat artırıb

Azərbaycan Türkmənistan təbii qaz alışını illik müqayisədə 2.1 dəfə artırıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Mərkəzi Asiya ölkəsindən 2023-cü ilin ilk üç rübü ərzində  1 milyard 281.16 milyon kub-metr həcmində təbii qaz alıb ki, bunun da idxal həcmi $182.8 milyon təşkil edib.

Azərbaycan Türkmənistanla 2021-ci ilin dekabrındakı anlaşmaya görə, İran üzərindən svop qaz alışı ilə bağlı razılaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, Türkmənistandan 2022-ci ilin müvafiq dövründə  614.15 milyon kub-metr ($76.86 milyon) təbii qaz idxalını nəzərə alsaq bu illik müqayisədə miqdar baxımdan 109%, dəyər baxımından isə 138% artımdır.

Türkmənistandan alınan təbii qazın hər 1000 kub-metri 2022-ci ildə ortalama $125 alındığı halda, cari ildə bu rəqəm $143-ə yüksəlib.

Cari ilin ilk üç rübü ərzində Azərbaycan  ümumilikdə 2 milyard 96.08 milyon kub-metr ($326.57) təbii qaz idxal edib. Bunun qalan  800.67 milyon kub-metri      ($143.22 mln.) və  14.26 mln. kub-metri ($0.54 mln.) İran İslam Respublikasından alınıb.

Son xəbərlər
Digər xəbərlər