11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycan tütün məmulatı idxalını yerli istehsalla əvəz edir

Bu ilin on ayında Azərbaycanda siqaret istehsalının həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 4 dəfə artıb. Banker.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Mövcud istehsal müəssisələri tütün məhsulları idxalını yerli istehsalla tamamilə əvəz etməyə imkan verir.

tabaterra tutun
Tabaterra MMC, Sumqayıt Kimya Sənayesi Parkında

Ötən həftə Sumqayıt şəhərində ildə 11 milyard ədəd və ya illik tələbatın 80 faizi qədər siqaret istehsal edən tütün zavodu istismara verilib. “Tabaterra” MMC-yə məxsus müəssisənin gücü ilkin olaraq 7 milyard ədəd proqnozlaşdırılıb. Bu müəssisədə lisenziyalaşdırma müqaviləsinə uyğun olaraq olaraq “British American Tobacco”, “Japan Tobacco International” və “Imperial Tobacco” şirkətlərinin tütün markaları istehsal olunacaq. Bundan başqa, “European Tobacco-Baku” və “Cahan-Tobakko” MMC-nin ildə ən az 7 milyard siqaret istehsal edən müəssisələri var.Bu il yerli siqaret istehsalının həcmi (təxminən 3 milyard ədəd) 31,5 milyon manat və ya 18,5 milyon dollar qiymətləndirilir. Dövlət Gömrük Komitəsinin məlumatına görə, üç rübdə idxalın leqal həcmi 7,2 milyard ədəd təşkil edir. İdxalçılar 93,4 milyon dollar məbləğində siqaret alıblar.

©Turan

Son xəbərlər
Digər xəbərlər