Azərbaycan 2022-ci ildə üç xəzəryanı ölkədən 5 milyon 43.53 min barrel həcmində xam neft alıb.
Bu barədə Banker.az rəsmi statistik rəqəmlərə istinad edir.
Məlumata görə, idxal edilmiş neftin 52%-i, yaxud 2 milyon 641.84 min barreli Türkmənistandan, 18%-i, yaxud 906.67 min barreli Qazaxıstandan və 11%-i yaxud 557.45 min bareli Rusiya Federasiyasından idxal edilib.
Azərbaycan idxal etdiyi bu neftə görə Türkmənistana 2022-ci ildə $245.15 mln, Qazaxıstana $74.43 mln, Rusiyaya isə $131,35 mln. ödəyib.
Son aylarda Rusiyadan xam neft idxalı daha kəskin yüksəlməkdədir.