10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan uçot dərəcəsinə görə dünyada 38-cidir

Azərbaycan Mərkəzi Bankı tətbiq etdiyi uçot dərəcəsinin (hazırda 8%-dir) aşağı həddinə görə dünyada 38-cidir.

Siyahıya sondan liderliyi iqtisadi böhran yaşayan Argentina edir. Bu ölkədə uçot dərəcəsi 86%-dir. Sondan 2-ci yerdə 50%-lik göstərici ilə Zimbabve, sondan 3-cü yerdə isə 27,9%-lik göstərici ilə Venesuela qərarlaşıb.

Avrozonaya daxil olan 21 ölkədə uçot dərəcəsi 0% olduğu halda, bəzi ölkələrdə mənfidir. Məsələn, uçot dərəcəsi Yaponiyada -0,1%, İsveçdə -0,25%, Danimarkada -0,65%, İsveçrədə isə -0,75%-dir.

Azərbaycan siyahıda Qazaxıstan, Ukrayna, Özbəkistan, Belarus, Türkiyə və İranı qabaqlayıb, Meksika ilə eyni yeri bölüşüb.

Report

Son xəbərlər
Digər xəbərlər