1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan Ukraynadan şəkər idxalında ikinci yeri tutub

Azərbaycan 2018-2019 marketinq ilində Ukraynadan şəkər idxalında ikinci yeri tutub.

Report agentliyi xəbər verir ki, bu barədə “Ukrtsukor” assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Belə ki, 2018-ci ilin sentyabrından 2019-cu ilin avqust ayına qədər Ukrayna istehsalçıları Azərbaycana 74 min ton şəkər ixrac edib. Bu da əvvəlki ilin göstəricisi (43 min ton) ilə müqayisədə 72,1% çoxdur.

Bu müddət ərzində Ukrayna istehsalçıları, ümumilikdə, 144,3 milyon dollar dəyərində 409,8 min ton şəkər ixrac edib. Bu, ötən illə (564 min ton) müqayisədə 27% azdır.

Özbəkistan Ukraynadan şəkər idxalında lider olaraq qalır, sadəcə, bu ölkəyə daşımalar xeyli azalaraq 210 min tondan 96 min tona düşüb.

Üçüncü yerdə 36 min ton göstərici ilə Tacikistan qərarlaşıb.

Son xəbərlər
Digər xəbərlər