22 C
Baku
Friday, September 20, 2024

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır – İ.Əliyev

Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıyır və bunu açıq-aşkar bəyan edir.

Turan Agentliyi xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev cümə günü “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda konfransda çıxış edərkən bildirib.

Onun sözlərinə görə, Rusiya əleyhinə sanksiyalar Azərbaycan və Rusiya arasında ticarətə təsir etmir.

O, Azərbaycanın Avropa İttifaqına daxil olması ehtimalını təkzib edib. “Şərq Tərəfdaşlığı” layihəsinin üzvləri buna can atırlar, amma Azərbaycan baxımından bu çox cüzi ehtimaldır”, deyə o qeyd edib.

MənbəTuran
Son xəbərlər
Digər xəbərlər