Banker.az xəbər verir ki, Azərbaycan Ukraynanın əsas neft təchizatçısı oldu.
2017-ci ilin yanvar-may aylarında Ukraynaya xam neft və qaz kondensatı idxalı keçən ilin analoji dövrü ilə müqayisədə pul baxımından 2,9 dəfə artıb.
2017-ci ilin 5 ayı ərzində Ukrayna 123,2 milyon dollar dəyərində xam neft və qaz kondensatı əldə edib.
Bununla belə, Ukraynanın əsas neft təchizatçıları Azərbaycan (83,4%) və Qazaxıstandır (12,6%). Rusiyanın payına isə 2,4% düşür.