2021-ci ildə Ukraynanın Çernomorsk limanında xarici investorlara gömrük güzəştləri təklif olunacaq.
“The Odessa Journal” xəbər verir ki, bunu Ukraynanın İnfrastruktur naziri Vladislav Krikliy deyib.
Onun sözlərinə görə, güzəştlər çərçivəsində limanı tamamlayacaq 150 mln. qrivna (4,61 mln. avro) həcmində investisiyanın cəlb edilməsi planlaşdırılır.
“Cəlb olunacaq investisiya çərçivəsində yük maşınlar üçün yeni dayanacaq, sərnişinlər və sürücülər üçün terminal, xidmət stansiyası inşa olunacaq”, – deyə V. Krikliy qeyd edib.
Bildirilib ki, hazırda Azərbaycan, Bolqarıstan, Gürcüstan, Norveç və Türkiyədən olan potensial investorlar təqdim olunacaq güzəştlərdən yararlanmağa maraqlıdır.