“Mən Azərbaycana Ukraynaya humanitar yardım göndərdiyi üçün təşəkkür edirəm”
Bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.
Səfir bildirib ki, Rusiya-Ukrayna müharibəsi başlayandan Azərbaycan Ukraynaya 20 milyon ABŞ dolları məbləğində humanitar yardım göndərib.
“Bu formal jest deyil. Azərbaycan Ukrayna xalqının çətin günündə, vacib vaxtda ona yardım edir. Burada vacib ərzaq məhsulları ilə yanaşı tibbi məhsullar da yer alır. Mən Sumqayıt şəhərinə təşəkkür etmək istəyirəm. Bu əsl dostluq jestidir”, – o deyib.