24 C
Baku
Thursday, April 18, 2024

Azərbaycan üzərindən daha bir layihə reallaşdırıla bilər – Putindən təklif

Rusiya Prezidenti Vladimr Putin Azərbaycan üzərindən İranla qaz boru kəmərinin birləşməsini təklif edir.

Banker.az bu barədə, Prezidentlərin 1 noyabrda Tehrandakı toplantısında səslənən bəyanata istinadən xəbər verir.

Putin bildirib ki, Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılar olmağları olması o demək deyil ki, bir-birləri ilə rəqabət aparsın. “Bu, o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik. Yeri gəlmişkən, OPEK çərçivəsində əlaqələndirmə artıq öz müsbət nəticələrini verib. Amma bu kartelə üzv olmayan ölkələr həmin işə qoşulmasaydılar bu, mümkün olmazdı. Qaz istehsalçıları təşkilatı çərçivəsində də eyni hadisə baş verir. Burada da biz əməkdaşlıq edirik və gələcəkdə də əməkdaşlıq edəcəyik.”

“Mən diqqəti ona yönəltmək istərdim ki, bizim ölkələrimizin hər birində karbohidrogenlərin böyük həcmdə istehsalına baxmayaraq, nə qədər qəribə olsa da, bu xammalı bir-birimizə göndərməyə maraq var. Mən daxili logistikanı nəzərdə tuturam. Məsələn, biz İranın şimalına Azərbaycanın boru kəməri nəqliyyat sistemləri ilə qazı göndərməyə hazır olduğumuzu təsdiq edirik. Bu da bizim tərəfdaşlarımız üçün iqtisadi cəhətdən məqsədyönlü ola bilər.” – deyə Rusiya prezidenti bəyanatında bildirir.

Son xəbərlər
Digər xəbərlər