14 C
Baku
Saturday, November 23, 2024

“Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 57 % artıb”

2023-cü ilin yanvar ayı ərzində Azərbaycan üzərindən tranzit yük daşımalarının həcmi 843 min ton olub, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 57 % çoxdur.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb.

Nazir qeyd edib ki, bu ilin yanvar ayında daşınmış yüklərin həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 306 min ton çoxdur: “Daşınan yüklərin 535 min tonu dəmir yolları, 308 min tonu avtomobil daşımalarının payına düşüb”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər