2025-ci ilin yanvar-sentyabr aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9.5 faiz artaraq 1087.7 manat təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Orta aylıq əməkhaqqının ən yüksək olduğu şəhər Xankəndidir. Belə ki, Xankəndidə bu göstərici 1 496.9 manat təşkil edib. Digər ikinci ən çox əməkhaqqının olduğu şəhər Bakıdır. Burda orta aylıq əməkhaqqı 1 360.4 manatdır.
TOP-10 (ən yüksək maaş alanlar)
- Xankəndi şəhəri – 1 496.9 manat
- Bakı şəhəri – 1 360.4 manat
- Daşkəsən rayonu – 1 271.8 manat
- Xocalı rayonu – 1 025.7 manat
- Ağdərə rayonu – 1 022.9 manat
- Zəngilan rayonu – 980.3
- Şuşa rayonu – 948 manat
- Sumqayıt şəhəri – 931.3 manat
- Gədəbəy rayonu – 924.8 manat
- Şirvan şəhəri – 893.8 manat
Ən aşağı maaşlı rayonlar Qax rayonu – 579.3 manat, Balakən rayonu – 615.2 manat, Ağstafa rayonu – 629.5 manat, Xızı rayonu – 630.8 manat, Tərtər rayonu – 641.2 manatdır.







