Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə yeni nümayəndəsi Hande Harmancını qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilir.
“H.Harmancı təyinatı ilə əlaqədar etimadnaməsini P.Mirzəzadəyə təqdim etdi”, – məlumatda deyilir.
P.MirzəzadəH.Harmancıyagələcək fəaliyyətində uğurlar arzu etdi.