“İqlim siyasəti üzrə yeni çağırışlar hazırda ən çox diqqət yetirilən qlobal məsələlərdəndir”.
Bunu iqtisadiyyat Naziri Mikayıl Cabbarov bildirib.
“Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Müdirlər Şurasının 6-cı İllik Toplantısında 2030-cu ilə qədər müəyyən edilmiş hədəflər üzrə Azərbaycanda “yaşıl” və “ağıllı” konsepsiyalarının tətbiqi istiqamətində Bankla tərəfdaşlıq perspektivlərini nəzərdən keçirdik”, – deyə o, qeyd edib.