-3 C
Baku
Sunday, December 15, 2024

Azərbaycan və BƏƏ daxili işlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb

Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin daxili işlər nazirlikləri arasında anlaşma memorandumu imzalanıb.

Bu barədə Azərbaycan Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması məqsədilə Azərbaycan daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov 15-17 noyabr tarixlərində bu ölkədə səfərdə olub.

Anlaşma Memorandumu hər iki dövlətə yaşamaq məqsədi olmadan səfər edən vətəndaşlarına verilmiş sürücülük vəsiqələrinin tanınmasını, eləcə də nəzəri və praktiki imtahanlardan azad etməklə sürücülük vəsiqələrinin dəyişdirilməsini nəzərdə tutur.

Sənəd hər iki dövlətin milli qanunvericiliyinə əsasən keçirilən müvafiq prosedurların tamamlanmasından sonra qüvvəyə minəcəkdir.

Son xəbərlər
Digər xəbərlər