Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə bu ölkənin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei arasında görüş olub.
Banker.az bu barədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Görüşdə Azərbaycanda bərpaolunan enerji sahəsində planlaşdırılan investisiya layihələri, elektrik enerjisinin istehsalı və ixracı, həmçinin təbii qaz, enerji səmərəliliyi üzrə əməkdaşlıq imkanları müzakirə edilib. Qaradağ GES-in inşası iki ölkə arasında yüksək münasibətlərin töhfəsi və “yaşıl” enerji əməkdaşlığının başlanğıcı kimi qiymətləndirilib. Bu əməkdaşlığın inkişafına BƏƏ-nin marağı və dəstəyi bir daha da ifadə edilib.
Söhbət zamanı qlobal enerji bazarlarındakı cari vəziyyətə və “OPEC plus” formatında əməkdaşlıqdan irəli gələn məsələlərə də toxunulub.