6 C
Baku
Sunday, January 12, 2025

Azərbaycan və BƏƏ şirkətləri birgə müəssisə yaradıblar

Əbu-Dabidə qeydiyyatda olan “Volts Energy Ltd.” mühəndislik şirkəti və Azərbaycanın “Turan Energy” MMC müştərək şirkət yaradıblar.

Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda bildirilir.

Müştərək şirkət Azərbaycanda “Turan Volts Energy” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə qeydiyyata alınıb.

Şirkət Bakı şəhəri Nərimanov rayonu, Ziya Bünyadov, ev 2, 1965-ci məhəllə, Çinar Park Biznes Mərkəzi, M. 315 ünvanında dövlət qeydiyyatına düşüb. Şirkətin 1000 manat nizamnamə kapitalı var.

“Turan Volts Energy” MMC-nin direktoru Anar Səmədov Ağamahmud oğludur.

Şirkətlər hələ iki ay öncə anlaşmışdılar. Yeni birgə müəssisə Azərbaycanda fəaliyyət göstərəcək və bərpa olunan enerji və enerji saxlama sistemləri üzrə layihələndirmə, təchizat və tikinti layihələrinə (EPC) fokuslanacaq.

“Volts Energy”nin təsisçisi Vladimir Mlynchik demişdi ki, Azərbaycan bazarı hazırda BƏƏ şirkətləri üçün çox cəlbedicidir, çünki ölkənin yaşıl enerji istehsalına artan marağı və ixrac meyilləri var.

“TuranVoltsEnergy” hazırda günəş elektrik stansiyalarının inkişafı ilə bağlı bir neçə məsləhət və EPC layihələri üzərində çalışır. Şirkət həmçinin 100 MV-dən artıq tutumlu ev və sənaye enerji saxlama sistemlərinin inteqrasiyasına yönəlmiş layihələrə diqqət yetirir. Bundan əlavə, Azərbaycanın ən iri dövlət və özəl şirkətləri ilə əməkdaşlıq çərçivəsində yaşıl texnologiyalar vasitəsilə enerji sektorunun dekarbonizasiya strategiyalarını hazırlamaq planlaşdırılır.

“Turan Energy” MMC 2018-ci ildən Azərbaycanın enerji bazarında fəaliyyət göstərir və enerji sektorunda aparıcı xidmət təminatçısıdır. Şirkətin 100 manat nizamnamə kapitalı var. Layihələrin hazırlanması və tikinti xidmətlərindən əlavə, şirkət müştərilərinə yerli və xarici sərmayələrin cəlb olunması ilə maliyyə həlləri təklif edir.

Son xəbərlər
Digər xəbərlər