17 C
Baku
Wednesday, October 29, 2025

Azərbaycan və Belarus birgə lift istehsal edəcək

Azərbaycanla Belarusun müştərək əməkdaşlıq çərçivəsində lift istehsalı müəssisəsinin yaradılması müzakirə olunub.

Bunu Baş nazirin müavini Samir Şərifov deyib.

Qeyd edək ki, Samir Şərifov Belarusun Baş nazirinin müavini Natalya Petkeviçlə Ağdama səfər edib.

Baş nazirin müavini qeyd edib ki, artıq bu tərəfdaşlıq çərçivəsində əməkdaşlıq var:

“Bakı və digər böyük şəhərlər üçün 200-dən artıq lift istehsal olunaraq istifadəyə verilib. Ağdamda yeni tikilən binalar bu liftlərlə təchiz olunub. Qərara gəlinib ki, Ağdam Sənaye Şəhərciyinin ərazisində lift istehsalı təşkil ediləcək”.

Baş nazirin müavini həmçinin diqqətə çatdırıb ki, ölkələrimiz arasında 2024-cü ildə ticarət dövriyyəsi 40 faizdən çox artıb:

“Bu il bir qədər azalıb. Amma ümumiyyətlə, biz hesab edirik ki, iki ölkə arasında ticarət xərcləri daha da arta bilər, bunun üçün kifayət qədər potensial var”.

O qeyd edib ki, hökumətlərarası komissiyanın iclasında əldə olunmuş razılaşmalar, qəbul edilmiş qərarlar əsasında bir sıra layihələrin də həyata keçirilməsi nəzərdə tutulur:

“Bunun nəticəsində Azərbaycanda bir sıra məhsulların istehsalı planlaşdırılır. Həmin istehsalın bir qismi Belarusdan təchiz ediləcək xammal və ya komplektləşdirici materiallar hesabına baş verəcək. Əsas məqsədimiz ondan ibarətdir ki, ilkin mərhələdə idxal etdiyimiz malları tədricən lokallaşdıraq, yəni Azərbaycanda istehsalını təşkil edək”.

O hesab edir ki, bu, ticarət dövriyyəsinə əlavə müsbət təkan verəcək.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər