15 C
Baku
Thursday, May 9, 2024

Azərbaycan və Böyük Britaniya şirkətləri birgə müəssisə yaradıblar

Azərbaycanda illərdir SOCAR-la birgə müəsisə açan Böyük Britaniyanın “Petrofac” neft-qaz şirkəti bu dəfə özəl şirkətlərdən biri ilə birləşərək müştərək biznesə başlayır.

Banker.az xəbər verir ki, Baş ofisi Londonda yerləşən “Petrofac” bu dəfə Azərbaycanda fəaliyyətdə olan “Nort Vest Konstrakşn” MMC (“North West Construction” MMC) ilə birgə şirkət “Petrofac-Nortvest” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406275961) təsis ediblər.

Bakı şəhəri Nəsimi rayonu, Neftçilər pr. ev.153 (Port Baku iş mərkəzi) ünvanında dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 100 000 manatdır. “Petrofac-Nortvest” MMC 2022-ci ilin dekabrında yaradılıb.

Şirkətin qanuni təmsilçi/direktoru Təranə Məlikovadır. Təranə Məlikova “North West Construction”ın İdarə heyətinin üzvü və paralel olaraq Maliyyə hesabatları üzrə meneceridir.

Müşahidə şurasının üzvlərinin adları açıqlanarkən 4 nəfər olduğu bilinir. Bunun ikisi “Petrofac”dan, ikisi isə Azərbaycan şirkəti “North West Construction” tərəfdəndir.

Müşahidə şuras belədir:

  • Carl Thompson William (Petrofac);
  • Elvin Axundov Muxtar Oğlu – North West Construction – İdarə heyətinin üzvü, Kommersiya meneceri;
  • Stephen Coates David (Petrofac);
  • Mehdiyev Hafiz Ramazan Oğlu – “North West Construction”ın Biznesin İnkişafı və İnvestisiyalar üzrə meneceri.

“Petrofac International LTD”nin 1995-ci ilin iyulundan açılmış Bakı nümayəndəliyi 2022-ci ilin yayında bağlandığı açıqlanıb, lakin onun SOCAR ilə 2017-ci ildə birgə təsis etdiyi “SOCAR Petrofac” MMC fəaliyətdədir. Birgə müəssisə “SOCAR Petrofac” Azərbaycanda və digər ölkələrdə həyata keçirilən enerji layihələri üçün SOCAR əməkdaşlarının dolğun və müasir proqramlar əsasında təlimi üzrə xidmətlər göstərməklə yanaşı, texniki dəstək və mühəndislik xidmətləri, eləcə də neft-qaz sektorunda layihələrin idarə olunması sahəsində də xidmətlər təklif edir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər