31 C
Baku
Saturday, May 31, 2025

Azərbaycan və Çin vətəndaşlarının vizadan azad edilməsi haqqında saziş təsdiqlənib

Milli Məclis Azərbaycan və Çin vətəndaşlarının vizadan qarşılıqlı şəkildə azad edilməsi haqqında sazişi təsdiqləyib.

Sözügedən məsələ parlamentin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sazişə əsasən, hər iki ölkənin ümumvətəndaş pasportuna malik vətəndaşları qarşı tərəfin ərazisinə vizasız şəkildə daxil ola bilər və orada hər dəfə maksimum 30 gün, həmçinin ardıcıl 180 günlük müddət ərzində ümumilikdə 90 gündən artıq olmamaq şərti ilə qala bilərlər.

Saziş yalnız qısamüddətli səfərləri əhatə edir. Qarşı tərəfin ərazisində 30 gündən artıq qalmaq, yaşamaq, əmək fəaliyyəti ilə məşğul olmaq, təhsil almaq, media və digər icazə tələb edən sahələrdə fəaliyyət göstərmək üçün vətəndaşlar əvvəlcədən viza və müvafiq icazə almalıdırlar.

Sənəd tərəflərin daxili prosedurları tamamlayaraq diplomatik kanalla təqdim etdikləri yazılı bildirişin alındığı tarixdən 30 gün sonra qüvvəyə minir. Ləğv barədə bildiriş təqdim edildikdə saziş 90 gündən sonra qüvvədən düşür.

Saziş qeyri-müəyyən müddətə bağlanıb.

Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” səsə qoyularaq qəbul edilib.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər