Fevralın 22-də Azərbaycan hökuməti ilə Dünya Bankının (DB) nümayəndələri arasında Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi layihəsinin maliyyələşdirilməsi ilə bağlı danışıqların son mərhələsi başlayacaq. Məlumata görə, danışıqlar üçüncü magistral avtomobil yolu layihəsi (Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi) üçün 140 mln. ABŞ dolları dəyərində əlavə maliyyələşmə ilə bağlıdır.
Qeyd edək ki, DB-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Larisa Leşçenko jurnalistlərə açıqlamasında Bakı-Şamaxı avtomobil yolunun genişləndirilməsi üçün 140 mln. dollar həcmində kreditin ayrılması ilə bağlı ilkin razılığın əldə edildiyini və martın sonuna qədər vəsaitin Azərbaycana təqdim ediləcəyini deyib.
Report