Dünya Bankı Azərbaycanda yeni logistika və nəqliyyat layihəsi üzrə ölkə hökuməti ilə danışıqlar aparır.
Bunu “APA-Economics”ə Dünya Bankının Azərbaycan üzrə meneceri Navid Həsən Naqvi deyib.
O həmçinin bildirib ki, Dünya Bankı ilə Azərbaycan arasında digər sahələrdə də layihələrin icrası müzakirə olunur: “Biz səhiyyə sahəsində ölkədə keçirilən islahatlara da dəstək olmağı planlaşdırırıq. Bunda başqa, təhsili sahəsində yeni layihələrə dəstəyin verilməsi müzakirə olunur. Eyni zamanda kənd təsərrüfatı sektorunda da yeni addımların atılacağı istisna deyil”.