Energetika Nazirliyi yanıında Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə AERA məlumat yayıb.
Bildirilir ki, görüşdə AERA-nın İdarə Heyətinin sədri Samir Axundov, EBRD-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova və hər iki qurumun digər nümayəndələri iştirak ediblər.
S. Axundov EBRD ilə qarşılıqlı əməkdaşlıqdan məmnunuluğunu ifadə edərək AERA-nın fəaliyyəti, eləcə də Azərbaycanda enerji tənzimləmə sahəsində həyata keçirilən tədbirlər ilə bağlı görüş iştirakçılarını məlumatlandırıb.
Azərbaycan və EBRD əlaqələrinin əhəmiyyətliyini vurğulayan K.Mahmudova isə enerji sahəsində gələcək əməkdaşlıq perspektivlərindən danışıb.