Azərbaycan və Ermənistan Avropa İttifaqının sammitində iştirak etmək üçün dəvət alacaq.
Bu barədə “The Guardian” nəşri məlumat yayıb.
Sammit oktyabrın 6-da Praqada baş tutacaq.
“Avropa İttifaqına üzv olmayan, lakin vahid bazara inteqrasiya olunmuş İsveçrə və Norveç sammitdə iştiraka dəvət olunacaq. Moldova, Ukrayna, Gürcüstan, Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya, Serbiya, Azərbaycan və Ermənistan kimi Aİ-yə üzv olmaq istəyən 9 ölkə də dəvət olunacaq”.
“The Guardian” nəşrinin yazdığına görə, Avropa Şurasının prezidenti Şarl Mişel Türkiyəni də sammitə dəvət etmək istəyinin olduğunu, lakin bunun üçün bütün tərəfdaşların razılığının olması lazım olduğunu bildirib. Qeyd olunur ki, Yunanıstan və Kipr Türkiyənin iştirakına qarşıdır.