8 C
Baku
Friday, March 29, 2024

“Azərbaycan və Ermənistan arasında yeni eskalasiya riski var” – Hulusi Akar

Azərbaycan və Ermənistan arasında yeni eskalasiya riski var.

Bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akarın “TRT World”da dərc olunduğu məqaləsində deyilir.

Qeyd olunub ki, Ermənistan və onun qonşuları olan Azərbaycan və Türkiyə arasında əlaqələrin tam şəkildə normallaşması bütün Qafqaz regionu xalqları üçün yeni imkanlar yaradacaq və, tarixi düşmənçilikləri aradan qaldıraraq, davamlı dostluq və əməkdaşlığa yol açacaq.

Nazir, həmçinin Ermənistan-Azərbaycan sərhədində ara-sıra atışmalar, gərginliyin mövcudluğu və sülh sazişinin imzalanmasına dair cəhdlərin hələlik uğursuz olmasının narahatlıq doğurduğunu deyib.

Digər tərədən, Akar Zəngəzur koridorunun açılmasının da zəruri olduğunu vurğulayıb: “Azərbaycanla quru əlaqəsi olmayan Naxçıvanda yaşayan insanların və malların sərbəst hərəkəti üçün bu dəhlizə təcili ehtiyac var. Bu, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün böyük potensialı açacaq, davamlı sülhə və hamı üçün iqtisadi rifaha gətirib çıxaracaq”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər