2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycan və Ermənistan keçmişi arxada qoymaq üçün cəsarətli addımlar atıb – Berbok

Azərbaycan və Ermənistan keçmişi arxada qoymaq və irəlilımək üçün cəsarətli addımlar atıb.

Bunu Almaniya xarici işlər naziri Annalena Berbok Azərbaycan və Ermənistandan olan həmkarları ilə üçtərəfli görüşdən əvvəl deyib.

O bildirib ki, indi dayanıqlı sülhün əldə olunması imkanı var. Hər iki tərəf artıq keçmişi arxada qoymaq üçün cəsarətli addımlar atıb.

“Almaniya Ermənistan və Azərbaycan arasında həll edilməmiş məsələlərin sülh yolu ilə və güc tətbiq edilmədən həllini təmin etməyə sadiqdir. Bu məqsədlə iki ölkə arasında sülh danışıqlarının tez bir zamanda yekunlaşması vacibdir”, – xarici işlər naziri bildirib.

Berbok deyib ki, “irəli getmək üçün əsl öhdəlik və qətiyyət lazımdır. Qafqaz dövlətləri arasında anlaşma hər iki ölkədən kənarda da müsbət təsirlər göstərəcək və Cənubi Qafqazda daha yaxşı gələcəyə və çiçəklənməyə yol açacaq”. Xanım Berbok qeyd edib ki, iki həftə əvvəl Münxen Təhlükəsizlik Konfransı çərçivəsində başlayan “məhsuldar müzakirələr” davam etdirilməlidir.

Son xəbərlər
Digər xəbərlər