“Azərbaycan nümayəndə heyətləri Ermənistana, Ermənistan nümayəndə heyətləri isə Azərbaycana səfərlər edəcəklər”.
Bunu ölkə parlamentinin sədri Alen Simonyan bəyan edib.
Onun sözlərinə görə, tərəflər arasında müzakirəsi lazım olan hələ də çox ciddi problemlər qalır.
“Bununla belə, əlaqələr yenə də davam edəcək və biz bu əlaqələri dərinləşdirəcəyik. Biz dedikdə, mən Azərbaycan tərəfinin də bu siyasətə sadiq olduğunu nəzərdə tuturam”, – deyə o bildirib.








