13 C
Baku
Saturday, November 23, 2024

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə sülh müqaviləsi üzərində işə başlamaq barədə tapşırıq verilməsi razılaşdırılıb

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla ikinci üçtərəfli görüşündən sonra bəyanat yayıb.

Bəyanatda gələcəkdə sülh müqaviləsi imzalanması məsələsinə də toxunulub.

Bildirilib ki, Prezident Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkələr arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri həll edəcək gələcək sülh müqaviləsinin hazırlanması ilə məşğul olmağın tapşırılması razılaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər